"Bakı Metropoliteni" Xocahəsən deposunun layihələndirilməsini sürətləndirib

 14:21 07.05.2019     390

"Bakı Metropoliteni" QSC Xocahəsən deposunu qismən istifadəyə vermək məqsədi ilə depoda apardığı layihələndirmə işlərini sürətləndirib.

Redaktor.az-ın məlumatına görə, bunu "Bakı Metropiliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, "Bakı Metropoliteni" 2020-ci il ərzində Bənövşəyi xəttin üçüncü stansiyasını istifadəyə verməyə planlaşdırır. Həmin stansiyanın arxasında dönmə kamerası (qatarın bir yoldan başqa yola çıxışını təmin edən infrastruktur) qurulur. Bu çərçivədə aparılan işlər Xocahəsən deposunu qismən istifadəyə verilməsini tələb edən bir prosesdir: "Xocahəsən deposunun həmin hissəsini layihələndirilməsi sürətlə davam etdirilir".

Bundan başqa, B. Məmmədovun sözlərinə görə, 2018-ci ildə "Avtovağzal" stansiyasından Xocahəsən deposuna aparan tunellərdən biri inşa olunub. Yaxın aylarda digər tunelin inşası tamamilə başa çatdırılaraq və həmin ərazidə yol və digər infrastrukturunun yaradılması işlərinə başlanacaq.

Vumart və Güvən reklamı Vumart Güvən