Göygöl rayonunda ikimərtəbəli ev yanıb

 17:36 07.05.2019     414

Göygöl rayonunun Quşçu kəndində ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli ev yanıb.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 6 otaqlı evin ikinci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə, bitişik ümumi sahəsi 100 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 8 ton ot bağlaması yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən