Sabunçu rayonunda yol qəzası baş verib
Bakıda yol qəzası baş verib.
Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda, Bilgəh-Nardaran avtomobil yolunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.












