Şəmkirdə sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb
Şəmkirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az Report-a istinadən xəbər verir ki,rayon ərazisində yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vurub.
Nəticədə piyada ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisəni törədən sürücü avtomobillə ərazidən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.












