Bakıda baş verən avtobus qəzasında yaralıların SON VƏZİYYƏTİ

 12:30 08.05.2019     393

Bakıda baş verən avtobus qəzasında xəsarət alan 3 nəfər artıq evə buraxılıb.

Bu barədə Redaktor.az-a 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, yaralılara təcili tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qeyd edək ki, bu gün Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında 158 saylı marşrut avtobusu mikroavtobusla toqquşub. Qəza nəticəsində 77 yaşlı Şəfa Həsənov qapalı kəllə beyin travması, 26 yaşlı Şamil Şirinzadə aşağı ətrafların travması, 24 yaşlı İbrahim Yunisov qapalı kəllə beyin travması və burun sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Xəyalə Məmmədova / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən