Mərdəkanda müalicə pansionatından oğurluq edildi

 13:46 08.05.2019     352

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə mayın 5-nə keçən gecə Mərdəkan qəsəbəsi ərazisindəki müalicə pansionatından 4 ədəd televizorun oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Vahab Əliyev saxlanılıb.

Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən