Yataqxanadakı yanğınla bağlı FHN-dən açıqlama

 18:30 08.05.2019     478

Ötən gün saat 21:02 radələrində Binəqədi rayonu, Cəbrayılov küçəsində yerləşən, 72 saylı Mənzil Kommunal İstismar sahəsinin balansında olan beşmərtəbəli yataqxanada yanğın baş verib.  

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, hadisə beşmərtəbəli yataqxananın 4-cü mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində hazırda yaşayış olmayan 1 otaqlı mənzilin içərisinə yığılmış 5 kv.m. sahədə məişət tullantıları yanıb.

Yanğın FHN-nin yanğından mühafizə bölmələri tərəfindən saat 21:18  radələrində söndürülüb.  .

Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən