Xəzər dənizində GÜCLÜ PARTLAYIŞ baş verib - Rəsmi cavab
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin balansında olan "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqların birində partlayış baş verib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev Redaktor.az-a açıqlamasında bildirib ki, hadisə barədə məlumatlıdırlar:
“Gəmi ilə davamlı əlaqə saxlayırıq. Heyət üzvləri arasında xəsarət alan olmayıb. Gəmi hazırda “Saipem” şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə “Saipem” şirkətinin nümayəndələri çalışırlar. Dəqiq səbəblər haqqında məumatı “Saipem” yayacaq”.
Rüfət Xəlil / REDAKTOR.AZ












