Sabunçuda bıçaqlanma hadisəsi olub

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Redaktor.az Report-a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Rəhimov Anar İbrahim oğlu Zabrat qəsəbəsində naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı 3 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.