Bakıda sürücü 3 piyadanı vurdu - 1 ölü, 2 yaralı
Bakının Binəqədi rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az Report-a istinadən xəbər verir ki, sürücü Elyar Əliyev idarə etdiyi "Opel" markalı avtomobillə Baş Dövlət Yol Polisi İdarəsi yaxınlığında yolu keçmək istəyən 3 piyadanı vurub.
Xəsarəti nisbətən yüngül olan iki yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti ağır olan 1992-ci təvəllüdlü digər yaralı Çobanov Rüfət Mehman oğlu Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.












