Gəmidə yaralananlardan XƏBƏR VAR

 09:07 09.05.2019     452
“İsrafil Hüseynov” borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən qəza nəticəsində 14 yaralı xəstəxanaya çatdırılıb
 
"Saipem şirkəti"ndən Redaktor.az-a daxil olan məlumata görə, ötən gün 18:30 radələrində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən bədbəxt hadisə nəticəsində yanğın hadisəsi olub. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yağın xəsarətləri alıb. Hazırda yaralılar   "Citadel" gəmisi vasitəsi ilə Bakı sahilinə çatdırılıb. Yaralananlar dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdırılıb. 
 
Baş vermiş hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb. Hazırda gəminin gələcək təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur. "Saipem" şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaq. 
 
Gülşən Şərif / Redaktor.az
Vumart və Güvən reklamı Vumart Güvən