Meşədə narkotik becərən gənclər saxlanılıb - FOTOLAR

 10:20 09.05.2019     413

Meşədə narkotik becərən gənclər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Redaktor.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Əhən kəndindəki meşəlik ərazidə ayrı-ayrı plastik qablarda aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 45 ədəd çətənə bitkisi aşkar edilib.

Davam etdirilən tədbirlər nəticəsində həmin narkotik tərkibli bitkiləri becərən şəxslərin rayonun Ərəgit kənd sakinləri 24 yaşlı Hüseyn Quliyev və 23 yaşlı Elxan Hüseynov olduğu müəyyən edilmişdir. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Faktla bağlı araşdırma aparılır.

22
Vumart və Güvən reklamı Vumart Güvən