Xəzər dənizində baş verən qəzada yaralıların SON VƏZİYYƏTİ / Səhiyyə Nazirliyi
Xəzər dənizində, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında baş vermiş insident nəticəsində xəsarət alanlardan 3 nəfərin vəziyyəti kritikdir.
Bunu Redaktor.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov bildirib.
Onun sözlərinə görə, baş vermiş insident nəticəsində xəsarət alanlardan 14 nəfəri gecə saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib:
“Yaralılardan hazırda 7-si xəstəxananın reanimasiya şöbəsindədir. Onlardan 3-nün vəziyyəti həddən artıq kritik, digər 4-nün isə ağır-stabildir. Yaralılardan digər 7-si isə palatadadır”.
Xatırladaq ki, gəmi hazırda "Saipem" şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə "Saipem" şirkətinin nümayəndələri çalışırlar.
Xəyalə Məmmədova / REDAKTOR.AZ












