Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr ola bilər

 11:20 09.05.2019     470

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yarana bilər.

Bu barədə “Azərişıq” ASC-dən Redaktor.az-a verilən məlumata deyilir.

Məlumata görə, saat 13.30-dan 16-00-dək "110 kv-luq Xırdalan hava xətti"ndə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Xırdalan şəhəri Quşçuluq massivi, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ - sol hissələrindəki həyət evlərinin elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yarana bilər.

Vumart və Güvən reklamı Vumart Güvən