Bəzi ustalar 10-20 manat qarşılığında... - Sürücülər, MÜTLƏQ OXUYUN!
"Avtomobilin təkərini qaynaq edərkən partladı, usta dünyasını dəyişdi" tipli xəbərlərə tez-tez rast gəlirik. Ötən gün Nərimanov rayonunda baş verən hadisə də onlardan biri idi. Partlayış nəticəsində 48 yaşlı sürücü dünyasını dəyişmişdi.
Bu gün əksər sürücülər avtomobilin təkərini qaynaq etməsi üçün ustaya müraciət edir. Lakin minik avtomobilinin təkərinin qaynaq etdirilməsi doğru deyil.
Texniki məsləhətçi sürücülərə tövsiyə edib ki, avtomobil təkərləri istismar müddəti bitdikdən sonra yeniləri ilə əvəz edilməlidir. Təkərin hansısa bir hissəsində dəlik açılıbsa, qaynaq edilməsi məsləhət deyil.
Gülşən Şərif/ Redaktor.az












