Gəncədə yük maşını qəza törədib

 23:11 09.05.2019     408

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.

Redaktor.az Report-a istinadən xəbər verir ki, şəhərin Nəriman Nərimanov prospekti ilə hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq xəndəyə düşüb.

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb. O, "təcili yardım" maşını ilə ilk olaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, oradan isə şəhər ərazisində yerləşən özəl tibb müəssisələrindən birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən