Tovuzda 24 yaşlı yerli sakini ilan sancıb

 01:11 10.05.2019     483

Tovuz rayonunda ilansancma hadisəsi baş verib.

Redaktor.az Report-a istinadən xəbər verir ki, rayonun Dondar Quşçu kəndində 24 yaşlı yerli sakin Arif Abdullayevi sol ayağından ilan sancıb.

Yaxınları tərəfindən Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılan gəncə həkimlər tərəfindən tibbi yardım göstərilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən