7 nəfər hələ də reanimasiyadadır - Səhiyyə Nazirliyi
Xəzər dənizində, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında baş vermiş insident nəticəsində xəsarət alanlardan 7 nəfəri hələ də reanimasiyadadır.
Bu barədə Redaktor.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, baş vermiş insident nəticəsində xəsarət alan 14-in nəfərin Mərkəzi Neftçilər Xəstəxanasında müalicəsi davam edir. Yaralılardan 7-si xəstəxananın hələ də reanimasiya şöbəsindədir. Onlardan 3-nün vəziyyəti isə kritik olaraq qalır. Xəsarət alan digər 7 nəfər isə xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib.
Xəyalə Məmmədova / REDAKTOR.AZ












