Hazırda yollarda vəziyyət necədir? - Vaqif Əsədov AÇIQLADI
Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana ziyarətlə əlaqədar paytaxtın bir sıra küçə və prospektində hərəkət məhdudlaşdırılıb.
Yollardakı son vəziyyətlə bağlı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Redaktor.az-a açıqlama verib.
Qurum rəsmisi qeyd edib ki, hazırda yollarda hər şey qaydasındadır:
“Tədbir tam başa çatanadək Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub. Bu məhdudiyyət Mikayıl Müşfiq küçəsindən başlayaraq, Parlament prospekti istiqamətinə qədər davam edir. Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi başda olmaqla, bütün istiqamətlər üzrə hərəkət tənzimlənir. Ümumilikdə tədbirə gələnlərin sayında azalma hiss olunmur. Hazırda narahatçılığa heç bir səbəb yoxdur".
Qeyd edək ki, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Gülşən Şərif / Redaktor.az












