Şəmkirdə yol qəzası baş verib - 10 yaralı
Şəmkir rayonunda yol qəzası baş verib.
Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində ən azı 10 nəfər yaralanıb.
Yaralılardan 5-i Şəmkir rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.












