Bakıda bədbəxt hadisə - Evi təmir edən şəxs damdan yıxıldı
Bakının Suraxanı rayonunda bədbəxt hadisə zamanı bir nəfər ölüb.
Redaktor.az ONA-ya istinadən bildirir ki, hadisə Əmircan qəsəbəsində baş verib.
1972-ci il təvəllüdlü Əliyev Fazil Qardaşxan oğlu fərdi yaşayış evinin damını təmir edərkən yerə yıxılıb. Nəticədə F.Əliyev hadisə yerində keçinib.
Fakt araşdırılır.












