Sumqayıtda gənc qız bıçaq yarası alıb

 08:33 11.05.2019     461

Sumqayıtda qadın naməlum şəraitdə bıçaq xəsarəti alıb.

Redaktor.az ONA-ya istinadən bildirir ki, hadisə şəhərin 18-ci məhəlləsindəki yataqxanaların birində baş verib.

Məlumata görə, 1996-cı il təvəllüdlü Rəqsanə Şükürova qarın boşluğundan bıçaq yarası alıb. Xəsarət alan şəxs yıxılaraq qarnına bıçaq batdığını bildirib. Xəstəxanaya aparılan yaralıya tibbi yardım göstərilib.

Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən