Namaz qılmayan oruc TUTA BİLƏRMİ?

 10:52 13.05.2019     2817

Ramazan ayında namaz qılmayıb, oruc tutanların sayı kifayət qədərdir.

Lakin "Namaz qılmırsansa, oruc tutub, özünə əziyyət vermə" deyənlərə də rast gəlmək mümkündür. Maraqlıdır ki, namaz qılmayan şəxsin oruc tutması düzgündürmü?

Redaktor.az-ın məlumatına görə, namaz qılmaq və oruc tutmaq Allahın əmridir. Bir müsəlman bunların hər ikisinə görə məsuldur. Lakin namaz qılmamaq oruc tutmamağa əsas vermir. Yəni,  Ramazan ayında namaz qılmayanın oruc tutması üçün heç bir maneə yoxdur. Orucluqda namaz qılmayan hər kəs rahatlıqla oruc tuta bilər.

Gülşən Şərif / Redaktor.az