Bakı metrosunda həyəcanlı anlar - İşıqlar sündü / SON DƏQİQƏ
Bu gün Bakı Metropoliteninin dörd stansiyası bir müddət işıqsız qalıb.
Redaktor.az xəbər verir ki, bununla bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, metronun “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və “20 Yanvar” stansiyalarının daxili işıqlanmasında problem yaranıb.
“Problem iki dəqiqə davam edib. Problem aradan qaldırılıb. Qatarların hərəkətində heç bir məhdudiyyət yaranmayıb, stansiyaların işıqlandırılması qısa müddətdə bərpa olunub”.












