Sürücülərin DİQQƏTİNƏ! - Gecə bu küçələrdə rənglənmə işləri aparılacaq

 19:10 11.05.2019     364

Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Aleksandr Puşkin, Azadlıq və Bülbül küçələrində bu gün axşam saat 22:00-dan səhər saatlarına kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Redaktor.az Trend-ə istiandən bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Vumart və Güvən reklamı Vumart Güvən