Bakı dünyanın ən təhlükəsiz 50 şəhəri sırasında yer alıb - Xarici İşlər Nazirliyi

 19:21 11.05.2019     296

"Azərbaycan hər il çoxsaylı beynəlxalq idman yarışlarına ev sahibliyi edir və bu tədbirlər zamanı təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir". 

Redaktor.az ONA-ya istinadən bildirir ki, bu sözləri XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Avropa Liqasının Bakıda keçiriləcək final oyunu öncəsi bəzi xarici mediada təhlükəsizliklə bağlı edilən xəbərdarlıqları şərh edərəkən deyib:

"Ümumiyyətlə qeyd etmək istərdim ki, bu gün ölkəmiz və onun paytaxt Bakı şəhəri dünyanın bəlkə də ən təhlükəsiz yerləri sırasındadır. Təsadüfi deyil ki, ötən il Bakı şəhəri dünyanın ən təhlükəsiz şəhərlərinin reytinqində ilk 50 şəhər sırasında yer alıb və hətta bir çox Avropa ölkəsini bu sıralamada qabaqlayıb".

"Əlbəttə ki, UEFA Avropa Liqasının final oyunu zamanı da bütün müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriləcək", - deyə XİN rəsmisi bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən