Ərdoğan İstanbula gəldi - Təkrar bələdiyyə seçkiləri ilə bağlı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçiriləcək təkrar bələdiyyə seçkiləri ilə bağlı bu şəhərə gəlib.
Redaktor.az Axar.az-a istinadən bildirir ki, Ərdoğan İstanbulda AKP-nin toplantısını keçirib.
Toplantıda İstanbul bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım, AKP sədrinin köməkçiləri Əli İhsan Yavuz, Mahir Ünal, Həyati Yazıçı, partiyanın İstanbul şöbəsinin rəhbəri Bayram Şenol iştirak edib.












