Bakıda cərəyan vuran şəxsin SON VƏZİYYƏTİ

 21:38 11.05.2019     377

Bakıda cərəyan vuran şəxsin vəziyyəti orta-ağır olaraq qalır.

Bununla bağlı 1 saylı Kliniki Tibbi Mərkəzdən Redaktor.az-a məlumat verilib.

Bildirilib ki, cərəyan vuran 48 yaşlı Vüqar Əsədov hazırda mərkəzin reanimasiya şöbəsindədir. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, bu gün Səbail rayonunda anoloji hadisə baş verib. Badamdarda yerləşən yarımstansiyada 48 yaşlı Vüqar Əsədovu elektrik cərəyanı vurub.

Xəyalə Məmmədova / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən