Bakıda yeniyetməni maşın vurub, vəziyyəti ağırdı

 23:43 11.05.2019     311

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Redaktor.az-ın ona.az-a istinadən xəbərinə görə, metronun Gənclik stansiyasının yaxınlığında piyada üçün müəyyən edilməmiş ərazidən keçən 2002-ci il təvəllüdlü Fərzəliyev Teymur Zaur oğlunu minik avtomlbili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən