Bakıda iki avtomobil yanıb

 09:11 12.05.2019     367

Ötən gecə Bakı şəhərinin Yasamal rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi, salonu və yaxınlıqda "Hyundai" markalı minik avtomobilinin arxa hissəsi qismən yanıb.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən