Leysan yağış nəticəsində Zərdabda ev uçub - FOTO

 15:28 12.05.2019     331

Ötən gün Zərdaba yağan güclü yağış fəsadsız ötüşməyib.

Redaktor.az xəbər verir ki, ONA-nın yerli bürosunun xəbərinə görə, şəhərin Molla Vəli Vidadi küçəsi ev 3 ünvanında yaşayan Elnur Telman oğlu Cəfərova məxsus 3 otaq, mətbəx və artırmadan ibarət evin bir hissəsi uçub.

Ev sahibinin sözlərinə görə, ev rayona yağan güclü leysan yağdıqdan sonra  uçub. 3 nəfər ailə üzvünün yaşadığı evin qalan hissəsi isə qəzalı vəziyyətdədir. Hazırda həmin evin qalan hissəsində yaşamaq təhlükəsizlik baxımından mümkün deyil.

E. Cəfərov yaranmış problemlə bağlı müvafiq qurumlara məlumat verdiyini bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən