Neftçalada ağır yol qəzası: 1 ölü
Neftçalada ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.
Redaktor.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə rayonun Qaralı kəndində qeydə alınıb. Yuxarı Qaramanlı kənd sakini Soltan Soltanov kənd ərazsində idarə etdiyi motoskletlə hərəkətdə olarkən traktorla toqquşub.
Qəza nəticəsində motoskletin sürücüsü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.












