Göyçayda dəhşətli hadisə - Ölən və yaralananlar var
Göyçayda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
FHN-dən Redaktor.az-a verilən məlumata görə, hadisə gecə saat 3:00 radələrində şəhərin Natavan və Ə.Kərim küçələrinin kəsişməsində qeydə alınıb.
Vüsal Qurbanov ağır xəsarətlər aldığı üçün xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.












