39 yaşlı qadın dərmandan zəhərlənib: vəziyyəti ağırdır

 22:32 12.05.2019     248
Mingəçevirdə 39 yaşlı qadın normadan artıq dərman içib.
 
Redaktor.az-ın ona.az-a istinadən məlumatına görə, hadisə Aydın Məmmədov küçəsi 12, mənzil 40 ünvanında baş verib.
 
Belə ki, 1980-ci il təvəllüdlü ev sakini Cavadova Günel Elton qızı normadan artıq qəbul etdiyi dərmən preparatlarının təsirindən zəhərlənərək huşsuz vəziyyətə düşüb.
 
G. Cavadova dərhal xəstəxanaya çatdırılıb.
 
Qadının dərmanı qəsdən , yoxsa təsadüfən normadan artıq miqdarda qəbul edib- etmədiyi hələlik məlum deyil. G. Cavadovanın durumunun ağır olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
Vumart və Güvən reklamı Vumart Güvən