Bakıda təcili yardım avtomobili QƏZAYA DÜŞDÜ - Yaralıların SON VƏZİYYƏTİ

 14:49 13.05.2019     545

Bakıda qəzaya düşən təcili yardım avtomobilində olan tibb işçilərinin vəziyyəti ağırdır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata əsasən, qəza zamanı təcili yardım avtomobilində 2-si qadın, 1-i kişi olmaqla 3 nəfər tibb işçisi olub. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Hazırda onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edə ki, hadisə bu gün paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsindən baş verib. Təcili yardım avtomobili Bakıya gələrkən qəzaya düşüb. Qəza nəticəsində avtomobildə olan şəxslər ağır bədən xəsarətləri alıblar.

Xəyalə Məmmədova / REDAKTOR.AZ