Şagirdin özünü binadan yerə atması ilə bağlı araşdırma aparılır

 16:03 13.05.2019     40

Bakıda özünü 273 nömrəli tam orta məktəbin binasının ikinci mərtəbəsindən atan oğlan bunu dərsdən qaçmaq məqsilə edib.

Məktəbdən verilən məlumata görə, mayın 13-də tənəffüs zamanı - saat təxminən 11:20 radələrində məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb. O, bədəninin müxtəlif nahiyələrindən zədələr alıb:

"Dərhal təcili tibbi yardım çağırılıb, şagirdin valideynlərinə xəbər verilib. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək:

"Qeyd edək ki, təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi tədbirlər görülür".//Trend.az