Suraxanıda sərxoş sürücü zəncirvari qəza törədib

 00:41 14.05.2019     278

Axşam saat 21:20 radələrində Bakının Suraxanı rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

Redaktor.az Report-a istinadən xəbər verir ki, Yeni Ramana qəsəbəsi ilə Şuşa şəhərciyi istiqamətində hərəkətdə olan "20-DE-409" dövlət qeydiyyat nişanlı avtomobilin idarəetmədən çıxması nəticəsində 5 maşın toqquşub.

Nəticədə bir nəfər xəsarət alıb, həmçinin avtomobillər yararsız hala düşüb. Hadisəni törədən sürücünün sərxoş olduğu bildirilir.

Əraziyə DYP və PPX əməkdaşları cəlb olunub.

Vumart və Güvən reklamı Vumart Güvən