Ölkədə qızıl-gümüş həftəyə ucuzlaşma ilə başladı

 00:56 14.05.2019     296

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Redaktor.az-ın məlumatına görə, mayın 13-də qızılın qiyməti mayın 10-u ilə müqayisədə 4,3775 manat azalaraq 1 unsiya üçün 2183,0125 manat təşkil edib.

Gümüş 0,1518 manat ucuzlaşaraq 1 unsiya üçün 24,9944 manata bərabər olub.

Redaktor.az-a görə, platinin qiyməti 6,0775 manat azalaraq 1451,4515 manat, palladiumun qiyməti isə 39,9245 manat artaraq 2273,104 manat təşkil edib.