Lənkəranda iki gənci ilan sancıb

 06:28 14.05.2019     288

Lənkəran rayonunda 2 nəfəri ilan sancıb.

Redaktor.az ONA-ya istinadən xəbər verir ki, analoji hadisələr rayonun müxtəlif yerlərində baş verib.

Bu gün ilansancması ilə bağlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına 2 nəfər müraciət edib. Reanimasiya şöbəsinə yerləşdirilən zərərçəkmişlərdən biri Nərimanabad qəsəbə sakini, 1992-ci il təvəllüdlü Elşən Fədail oğlu Əhmədovun müalicəsi davam edir.

Diryan kənd sakini, 1994-cü il təvəllüdlü Ülkər Əzizağa qızı Əhmədova isə lazımi tibbi müdaxilədən sonra evə buraxılıb.