Bakıda qadını avtomobillə vuran sürücü hadisə yerindən qaçıb

 08:16 14.05.2019     310

Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az ONA-ya istinadən xəbər verir ki, qəza Maştağa qəsəbəsində qeydə alınıb.

Hadisə nəticəsində Sultanova Səkinə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Yaralı dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən