Müşviqabadda kütləvi dava olub

 07:11 14.05.2019     286

Abşeron rayonunda axşam saatlarında kütləvi dava olub. 

Redaktor.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Müşviqabad qəsəbəsində qeydə alınıb.

Belə ki, “Shacman” markalı yük avtomobilini idarə edən 1986-cı il təvəllüdlü İbrahimov Natiq Mayil oğlunun qarşısını 8 nəfər naməlum şəxslər kəsərək, onunla bərabər yanındakı sərnişinlər, 1994-cü il təvəllüdlü Dəmirov Ferahim Rafiq oğlunu,  küt alətlə döyüblər. 

Sürücünün qardaşı İbrahimov Sexavet Mayil oğlu hadisə yerinə gələrək münaqişənin qarşısını almaq istəyib. Qarşı tərəf onların bel ilə baş və bədən nahiyələrinə zərbələr ediriblər. 
 
Onların hər üçü ağır bədən xəsarətlətləri ilə 1 saylı kliniki Tibbi Mərkəzə yerləşdiriliblər

Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.