Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Tvitter hesabına qoyulan qadağa götürülüb

 10:01 14.05.2019     332

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin rəsmi Tvitter hesabının üzərinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Redaktor.az bildirir ki, bunu icma rəhbəri Tural Gəncəliyev Feysbuk hesabında paylaşıb. T.Gəncəliyev bundan sonra da səhifəni dəstəkləməyə və paylaşmağa çağırıb:

“Gələcəkdə icmamıza qarşı bu kimi halların davam edəcəyini və icmaya qarşı saxta iddia və şikayətlərin ola biləcəyini ehtimal edərək, İcmanın rəsmi hesabının bir daha bağlanmaması üçün səhifəni dəstəkləməyə və paylaşmağa çağırıram”.

Firuzə Vahid / REDAKTOR.AZ