Tibbi sığortanın tətbiq ediləcəyi tarix AÇIQLANDI

 13:42 14.05.2019     405

Azərbaycanda tətbiq ediləcək icbari tibbi sığorta vətəndaşların daha keyfiyyətli tibbi xidmət almasına kömək edəcək.

Redaktor.az Axar.az-a istinadən bildirir ki, bu sözləri baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib ki, səhiyyə ilə bağlı Azərbaycan vətəndaşlarını narahat edən bir sıra məsələlər icbari tibbi sığortanın tətbiqi ilə həllini tapacaq:

“İnanıram ki, gələn il tibbi sığortanın tətbiqi nəticəsində səhiyyə ocaqlarının fəaliyyəti insanlarda məmnunluq yaradacaq. Gələn ildən bütün ölkə ərazisində tibbi sığorta tətbiq ediləcək”.

Vumart və Güvən reklamı Vumart Güvən