Azərsu: Ceyranbatanda su kəmərində axıntı olub

 16:17 14.05.2019     403

Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən keçən, diametri 1 200 mm olan su kəmərində axıntı baş verib.

Bu barədə Redaktor.az-a "Azərsu" ASC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində Ceyranbatan və Saray qəsəbələri və Bağlar yaşayış massivinə içməli suyun verilməsində fasilə yaranıb: "Hazırda problemin aradan qaldırılması üçün əraziyə qəza xidməti cəlb edilib, problem aradan qaldırılır. Yaxın saatlarda problem aradan qaldırılacaq və həmin qəsəbələrə içməli suyun verilməsi təmin olunacaq".

Vumart və Güvən reklamı Vumart Güvən