Bakıda su borusu partladı
Bakıda su borusunun partlaması nəticəsində mərkəzi küçələrdən birini su basıb.
Redaktor.az-ın məlumatına görə, hadisə Rəşid Behbudov küçəsində baş verib.
"Azərsu" ASC-dən bildirilib ki, adıçəkilən küçədə 500 mm-lik su borusu partlayıb:
"Hazırda hadisə baş verən yerə ASC-nin qəza xidməti cəlb olunub, borunun bərpası üzrə işlər aparılır".
Qeyd edək ki, hadisə ilə bağlı ətraf ərazilərə suyun verilişində fasilə yaranıb. Borudakı nasazlıq aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq.












