Bakıda qəzaya düşən tibb işçilərinin SON VƏZİYYƏTİ

 18:38 14.05.2019     445

Bakıda qəzaya düşən təcili yardım avtomobilində olan tibb işçilərindən birinin vəziyyəti hələ də ağırdır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata əsasən, qəza zamanı təcili yardım avtomobilində olan 3 nəfər tibb işçisindən birinin (qadın) vəziyyəti hələ də ağır olaraq qalır. Digər iki nəfərin vəziyyəti isə ağır-stabildir.

Qeyd edək ki, hadisə ötən gün paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsindən baş verib. Təcili yardım avtomobili Bakıya gələrkən qəzaya düşüb. Qəza nəticəsində avtomobildə 2-si qadın, 1-i kişi olmaqla 3 nəfər tibb işçisi ağır bədən xəsarəti alıblar.

Xəyalə Məmmədova / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən