Biləsuvarda avtomobil aşıb - ÖLƏN VAR
Biləsuvar rayonununda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, mayın 14-də Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Sumqayıt şəhər sakini Q.Həmidov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sərnişini, həmyerlisi Elman Cəfərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.












