Azərbaycan meşələrində kameraların quraşdırılmasına başlanılır

  15:06 15.05.2019         8

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Departamenti regional meşə təsərrüfatı mərkəzlərinin nəzarətində olan meşə sahələrində kamera mühafizə sisteminin yaradılması işlərinin satın alınması ilə bağlı tender elan edib.

Redaktor.az-ın ona.az-a istinadən verdiyi xəbərə görə, iddiaçılar tenderdə iştirak etmək üçün 20 iyun 2019-cu il saat 17:00 tarixə qədər müvafiq sənədləri Nazirliyə təqdim etməlidirlər.

Tender təklifləri bal sistemi üsulu ilə qiymətləndiriləcək.