Xətai rayonunda avtomobil 33 yaşlı qadını vurub

 03:18 16.05.2019     277

Bakının Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə Əhmədlidə qeydə alınıb. 

"Xəzər" univermağının yaxınlığıında "Mercedes" markalı, 90-OR-007 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçən 1986-cı il təvəllüdlü Fətəliyeva Əminə Fikrət qızını vurub. 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona qarın və belin küt travması diaqnozu qoyulub.  

Vumart və Güvən reklamı Vumart Güvən