ABŞ səfiri: "Azərbaycanın NATO tərkibində Əfqanıstanda iştirakı təhlükəsizlik çağırışlarına cavabdır"

 00:37 17.05.2019     338

Azərbaycanın NATO tərkibində Əfqanıstandakı missiyada iştirakı bu ölkənin qlobal təhlükəsizlik çağırışlarına cavabının bariz nümunəsidir.

Redaktor.az ONA-ya istinadən xəbər verir ki,bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Amerika Silahlı Qüvvələri gününə həsr olunmuş qəbulda deyib.

"NATO ilə Azərbaycan arasında sıx əlaqələr yaradılıb. Azərbaycanın silahlı qüvvələrinin NATO-nun rəhbərliyi ilə Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında iştirakı Azərbaycanın dünyanın müxtəlif yerlərində ortaq təhlükəsizlik çağırışlarına cavab verməsinin ən bariz nümunəsidir", - deyə səfir bildirib.

Li Litzenbergerin sözlərinə görə, Azərbaycanın Əfqanıstana önəmli nəqliyyat marşrutlarına dəstəyi oradakı ortaq səylərə önəmli dəstək olaraq qalır:

"Bakı-Tbilisi-Qars dəmiryolu xətti də həmin marşrutların gücləndirilməsində mühüm rol oynayacaq və eyni zamanda Azərbaycanın qlobal ticarətdə iştirakına da təkan verəcək".

Vumart və Güvən reklamı Vumart Güvən